Masazırda bələdiyyə sədrinin döydüyü müfəttiş öldü

Martın 7-də 2019-cu il tarixində Masazır bələdiyyəsinin iclası zamanı bələdiyyənin vergi müfəttişi Hüseynov Ürfət Xansuvar oğlu naməlum səbəbdən insult keçirib. Təcili yardım maşını ilə Ak. Mirqasımov adına Respublika Klinik Xəstəxanasına çatdırılan bələdiyyə qulluqçusu bir müddət orda müalicə alsa da vəziyyəti stabilləşməyib və mart ayının 25-də ağır vəziyyətdə xəstəxanadan çıxarılıb.

Bu haqda məlumatı Respublika Klinik Xəstəxanasının reanimasiya şöbəsindən bildiriblər.

Qeyd olunub ki, xəstənin bədəninin hansı bir hissəsində döyülmə izinə rast gəlinməyib və onun əvvəl də infarkt keçdiyi haqda yerli xəstəxananın rəyi də olub. O, xəstəxanada olduğu müddətdə huşsuz olub, "müdir, mən çek vururam" sözlərindən başqa ifadələr işlətməyib və bu da o cür xəstələr üçün normal haldır.

Əldə olunan məlumata görə, Ürfət Hüseynov bir-neçə gün əvvəl vəfat edib.

Qeyd edək ki, mətbuatda bələdiyyə qulluqçusunun Bələdiyyə sədri Siyanfər Əliyevlə arasında baş verən konflikt zamanı komaya düşməsi haqda məlumat yayılmışdı. Lakin məlumat təsdiqlənmədi. Hətta Siyanfər Əliyev həmin iclasda olmadığını bildirdi və mərhumun hansı səbəbdən komaya düşməsi qaranlıq qaldı.

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31