Sumqayıtda dəhşətli intihar: Özünü 14-cü mərtəbədən atdı

Sumqayıt şəhərində intihar hadisəsi baş verib. 

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə 45-ci məhəllə adalan ərazidə qeydə alınıb.

Belə ki, 1963-cü il təvəllüdlü Bağırov Rafael Ağa oğlu özünü 14 mərtəbəli yaşayış binasından ataraq intihar edib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.

BAKU.WS

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31