Minik avtomobilində 11 baş buzov aşkar olunub
29 Mart 2019 16:16 KriminalQərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes-Benz 200" markalı avtomobil saxlanılıb və sürücü şifahi sorğu-sual edilib. DGK-dan "Olaylar"a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirib. Lakin gömrük baxışı zamanı nəqliyyat vasitəsinin salonunda arxa oturacaq olan hissədən və yük yerindən əvvəlcədən gömrük orqanına bəyan edilməyən 11 baş buzov aşkar olunub. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31