Daha bir intiharın qarşısı alınıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Yevlax şəhərində 1 nəfər hasarın üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Nazirlikdən "Olaylar"a bildirilib ki, Aran Regional Mərkəzinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb. Əməliyyat başa çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31