Azərbaycanda qadının sürdüyü avtomobil su kanalına "uçdu" - VİDEO

Beyləqanda ağır yol qəzası baş verib.

Beyləqan şəhərinin girişinin yaxınlığında qadın sürücünün idarə etdiyi "Nissan Teana" markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Avtomobil daha sonra yolun kənarındakı su kanalına düşüb.

Hadisə zamanı xəsarət alan sürücünü yoldan keçənlər çıxararaq xəstəxanaya aparıb. Avtomobilin kanaldan çıxarılması üçün əraziyə kran cəlb edilib.

Hadisə yerindən çəkilmiş görüntüləri təqdim edirik.

publika

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31