Azərbaycanlı tələbənin DƏHŞƏTLİ SONU - Meyiti parkda tapıldı
28 Mart 2019 11:47 KriminalGürcüstanda Azərbaycan vətəndaşı olan tələbə intihar edib.
Tbilisinin Ortaçala adlanan ərazisində yerləşən parkda Balakən rayon İtitala kənd sakini, 1997-ci il təvəllüdlü Qurqunayev Ümid Şamil oğlunun ağacdan asılmış meyiti tapılıb.
İlkin araşdırma zamanı 22 yaşlı oğlanın intihar etdiyi məlum olub.
Ü.Qarqunayevin cənazəsi doğulduğu kəndə gətirilib və bu gün dəfn edilib.
Qeyd edək ki, intihar edən 22 yaşlı oğlan Tbilisidəki ali məktəblərdən birində təhsil alırmış.
publika
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31