Bakıda AĞIR QƏZA: avtomobil işıq dirəyinə çırpıldı - VİDEO

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə saat 15 radələrində Cavadxan küçəsində qeydə alınıb. İdarəetməni itirən minik avtomobilinin sürücüsü maşını işıq dirəyinə çırparaq aşırıb.

Şahidlərin sözlərinə əsasən, qəza nəticəsində xəsarət alan sürücü təcili tibbi yardım briqadası ilə xəstəxanaya aparılıb.

Hadisənin səbəbləri araşdırılır. (trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31