Məhkəmə qərarlarının icrasından boyun qaçıran 446 şəxs barəsində cinayət işi başlanılıb

Məhkəmə qərarlarının icrası sahəsində iş həcmi əhəmiyyətli dərəcədə artaraq 2018-ci ildə icra sənədlərinin sayı 873 minə çatıb, onlardan 460 minə yaxınının icrası təmin edilib, qalan işlərin icrası üzrə tədbirlər davam etdirilir. "Olaylar" Ədliyyə Nazirliyinə istinadən xəbər verir ki, görülən tədbirlər nəticəsində hüquqi və fiziki şəxslərə əvvəlki illə müqayisədə 2 dəfədən artıq - 1 milyard 150 milyon manatdan çox vəsait ödətdirilib. Məhkəmə qərarlarının icrasından qərəzli boyun qaçıran 4.640 nəfər inzibati məsuliyyətə cəlb olunub, 446 şəxs barəsində cinayət işi başlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31