Goranboyda quş oğrusu tutulub
13 Fevral 2019 15:57 KriminalGoranboy rayonunda oğurluqla məşğul olan şəxs saxlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, rayon ərərazisindəki həyətyanı sahələrin birindən 11 ev quşu oğurlamaqda şübhəli bilinən Səmədabad kənd sakinləri A.Xəlilov, E.Əsədov və R.Hüseynov saxlanılıb. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların fevralın 6-na keçən gecə Səmədabad kəndindəki daha bir həyətdən 22 ev quşunu oğurlamaları da müəyyən edilmişdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31