Mağazadan tozsoran oğurlayan ələ keçib
11 Fevral 2019 15:52 KriminalOğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, fevralın 10-da Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki ticarət mərkəzlərinin birindəki mağazadan 2 ədəd tozsoran oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş R.Tağıyev Xəzər Rayon Mühafizə İdarəsinin və Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən saxlanılmış, sonrakı araşdırmalar aparılması üçün Qaradağ RPİ 10-cu PB-yə təhvil verilib
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31