İki maşın toqquşdu, sürücü yaralandı
11 Fevral 2019 11:17 KriminalGəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhərin Heydər Əliyev prospekti ilə Ruzigar Qasımov küçəsinin kəsişməsində qeydə alınıb. Hərəkətdə olan "VAZ 21015" ilə "Reno" markalı avtomobillərin toqquşması nəticəsində "Reno"nun sürücüsü Nihad Mehdiyev xəsarət alaraq xəstəxanaya aparılıb.
Faktla bağlı hüquq-mühafizə orqanların əməkdaşları tərəfindən araşdırma aparılır.
qafqazinfo.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31