Lambirin sexini qarət edənlər tutulublar
8 Fevral 2019 16:04 KriminalMaştağa qəsəbəsi ərazisində fəaliyyət göstərən lambrin sexindən oğurluq törətməkdə şübhəli bilinən şəxslər ələ keçiblər. DİN-dən "Olaylar"a verilən məlumata görə, fevralın 7-də Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə Maştağa qəsəbəsi ərazisində fəaliyyət göstərən lambrin sexindən 8 ədəd transformator başlığının və 40 metr elektrik naqilinin oğurlanması barədə müraciət daxil olmuşdur. Məlumatla əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakinləri V.Nuriyev, X.Hüseynov və S.Cabbarov qısa müddətdə müəyyən edilərək polis əməkdaşkları tərəfindən saxlanılmışlar.Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31