Evdən pul, qızıl oğurlayanlar yaxalanıblar
8 Fevral 2019 16:03 KriminalOğurluq etdiklərinə görə tutulmuş şəxslərin igər cinayət əməlləri də müəyyən edilib. DİN-dən "Olaylar"a verilən məlumata görə, oğurluq etdiklərinə görə tutulmuş A.Heydərovun və Ə.Xankişiyevanın ətraflarında Bakı ŞBPİ Cinayət Axtarışı İdarəsi və Səbail RPİ 8-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların yanvarın 6-da Səbail rayonu ərazisindəki evlərin birindən içərisində 15.000 manat dəyərində qızıl-zinət əşyaları və noutbuk olan seyfi, yanvarın 28-də isə daha bir evdən televizor oğurlamaları da müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31