Qadının çantasını oğurlayan tutulub

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 22-də Nəsimi rayonu Azadlıq prospektindəki yeraltı ticarət mərkəzindəki mağazaların birində paytaxt sakini olan bir qadının içərisində 504 manat, şəxsiyyət vəsiqəsi və tələbə bileti olan çantasını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Z.Bayramova saxlanılIB. Araşdirma aparılır. .

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31