4 evdən su sayğacı oğurlayan ələ keçib
8 Fevral 2019 15:01 KriminalSumqayıt şəhəri ərazisində evlərdən su sayğaclarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində 4 evin su sayğaclarını oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş V.Məmmədov saxlanılıb.Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31