Xaricdə gizlənən 30 cinayətkar Azərbaycana gətirilib

Xaricdə gizlənən 30 cinayətkar Azərbaycana ekstradisiya olunub. "Olaylar"xəbər verir ki, bunu fevralın 7-də Baş Prokurorluqda keçirilən kollegiya iclasında Baş prokuror Zakir Qaralov bildirib. Z.Qaralov qeyd edib ki, Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin xarici ölkələrin müvafiq qurumları ilə səmərəli əməkdaşlığı nəticəsində Daxili İşlər Nazirliyi ilə birlikdə ağır və xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən və ədalət mühakiməsindən yayınmaqla xaricdə gizlənən 30 şəxsin tutularaq ölkəmizə ekstradisiyası həyata keçirilib, istintaqı aparılan cinayət işləri üzrə hüquqi yardım haqqında istintaq tapşırıqlarının icrası təmin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31