Sərnişini deformasiyaya uğramış avtomobildən çıxarılıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda "Mercedes" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda "Mercedes" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılmış vəziyyətdə qalmış sərnişini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq  aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31