Xırdalanda ev sahibi mənzilində yanıb
5 Fevral 2019 14:48 KriminalAbşeron rayonunun Xırdalan şəhərində vətəndaşa məxsus 2 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə ümumi sahəsi sahəsi 37 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının və dam örtüyünün yanar konstruksiyaları 15 m² sahədə, dəhlizinin tavanı 5 m² sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı 1973-cü il təvəllüdlü Kuzmov Konstantin Viktoroviçin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. K.Kuzmovun meyiti Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən götürülərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.