Dələduzluqda ittiham olunan şəxs deputatdan üzr istədi
4 Fevral 2019 16:20 KriminalBakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham olunan Elnur Rauf oğlu İbrahimova qarşı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. "Olaylar" xəbər verir ki, hakim Rahibə Salmanovanın rəhbərliyi ilə aparılan son iclasda müqəssir 9 il müddətinə azadlıqdan məhrum olunub. Həmçinin məhkəmədə digər zərərçəkmişin - Fərman Məmmədovun Həbib Axundova qarşı yalan ifadə verməsi də aydınlaşdırılıb. Məhkəmə zamanı müqəssir bildirib ki, həbsdə olan zaman Fərman Məmmədovun adamları onu Həbib Axundova qarşı yalan ifadə verməyə məcbur ediblər.
Həmçinin Elnur İbrahimov məhkəmədə Milli Məclisin deputatı, Xalq yazıçısı Elmira Axdundova və oğlu Həbib Axundovdan üzr istəyib: "Təəssüf edirəm ki, bu müddədə mətbuatda onlar barəsində müxtəlif məlumatlar yayılıb".