Paytaxtda saxta protez saç satıçısı peyda olub

Bakıda saxta protez saç satıçısı peyda olub. “Olaylar” xəbər verir ki, "Azad istehlakçılar" İctimai Birliyinin (AİİB) sədri cənab Eyyub Hüseynov bildirib ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi Ə. Mehbalıyev küçəsi Ev 1A ünvanında yaşayan Əşrəfsoy Elvin Gülxas oğlu paytaxtda fəaliyyət göstərən ( ünvan: Faiq Yusifov küçəsi, bina 22A, blok 1, qapı 1) protez saç ofisində protez saç satışı ilə məşğul olan türk vətəndaşı Kamil adlı şəxsdən 650 azn dəyərində protez saç alıb: “Ona protezin üstündə olan saçların təbii saçlar olduğu,

Bakıda saxta protez saç satıçısı peyda olub. "Olaylar" xəbər verir ki, "Azad istehlakçılar" İctimai Birliyinin (AİİB) sədri cənab Eyyub Hüseynov bildirib ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi Ə. Mehbalıyev küçəsi Ev 1A ünvanında yaşayan Əşrəfsoy Elvin Gülxas oğlu paytaxtda fəaliyyət göstərən ( ünvan: Faiq Yusifov küçəsi, bina 22A, blok 1, qapı 1) protez saç ofisində protez saç satışı ilə məşğul olan türk vətəndaşı Kamil adlı şəxsdən 650 azn dəyərində protez saç alıb: "Ona protezin üstündə olan saçların təbii saçlar olduğu, qətiyyən sintetik saç olmadığını bildirilib. Əlavə olaraq bu protez saçı 2 il istifadə edə biləcəyi deyilib. Məhsulu alan zaman ona heç bir kassa çeki verilməyib. Lakin protez saçın istifadəsindən təxminən 1 ay keçməmiş onun yaşıl rəngə döndüyü müşayət edilib. Bununla bağlı satıcıya irad bildirilib, satıcı isə tövsiyyə edib ki, rəng qoyun, keçib gedər. Bu proses həyata keçirildikdən 1 həftə sonra protez saçlar taxta kimi bərkiyib. Satıcı Kamil əlavə 50 manat alaraq yenidən saç əkib. Lakin sonradan həmin saşlar tamamilə tökülüb". E.Hüseynov bildirib ki, məsələnin araşdırılması məqsədilə aidiyati orqanlara müraciət edilib.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31