Qanunsuz ov edənlərdən 6 silah götürülüb
4 Fevral 2019 13:53 KriminalŞəhər, rayon polis orqanları tərəfindən qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq tədbirlər həyata keçirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Olaylar"a verilən məlumata görə, Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının bu istiqamətdə keçirdikləri tədbirlər nəticəsində rayonun Qaxay kəndi ərazisində qanunsuz ov edən 4 nəfər Ucar rayon sakini saxlanılmışdır. Onlardan "TOZ" markalı 4 ədəd ov tüfəngi götürülüb. Ağsu Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ağdam rayon sakini E.Məhərrəmovdan, Ağdam Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Tərtər rayon sakini Q.Mirzəyevdən müvafiq sənədləri olmayan 2 ədəd "TOZ" markalı ov tüfəngləri götürülüb. Araşdırmalar aparılır.