Vətəndaşlardan ov tüfəngi götürülüb

Ağsu rayon sakinlərindən ov tüfəngi götürülüb. DİNdən "Olaylar"a verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının Sığırlı kəndi ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ağsu rayon sakinləri X.Məmmədov, F.Şahbazov, K.Cabbarov, P.Gülmalıyev saxlanılmışlar. Onlardan 4 ədəd ov tüfəngi götürülmüşdür.

Daxil olmuş məlumat əsasında Şəki şəhərinin Baş Zəyzid kəndi ərazisində kənd sakinləri Ə.Kərimov, H.Ağaşirinov, A.Musayev və M.Kərimov saxlanılmışlar. Onlardan müvafiq sənədləri olmayan 3 ədəd "TOZ" markalı tüfəng və 32 ədəd  patron aşkar edilərək götürülmüş və Şəki Şəhər Rayon Polis Şöbəsinə təhvil verilmişdir. Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31