Axtarışda olan keşmiş məhkum saxlanıb

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş  rayonun Vəndam qəsəbə sakini, Cinayət Məcəlləsinin 177.2.1 (oğurluq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 177.2.3 ( yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə ) maddələri ilə axtarışda olan Cavidan Məhyəddinli  Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisində saxlanılıb."Olaylar" xəbər verir ki, bu haqda  DİN mətbuat xidmətinin Şəki  regional qrupundan verilən məlumatda bildirilib.  O, RPŞ-yə gətirilərək İstintaq bölməsinə təhvil verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31