Zorla maşına mindirdilər, döydülər, sonra isə... – Bakıda şok cinayət
30 Yanvar 2019 12:28 KriminalBakının Nərimanov rayonunda soyğunçuluq hadisəsi baş verib.Teleqraf.com xəbər verir ki, 17-ci polis şöbəsinə müraciət edən Bakı şəhər sakini Z.Zalov yanvarın 28-də saat 23 radələrində N.Hacıyev küçəsində 3 nəfərin onu "Niva" markalı avtomobilə mindirdib döydüklərini, sonra isə mobil telefonu və qol saatını aldıqlarını bildirib.Məlumatla əlaqədar müvafiq araşdırmalar başlanılıb.Aparılmış əməliyyat-axtarış tədbirləri ilə həmin cinayət əməlini törətməkdə şübhəli bilinən şəxslər qısa müddətdə müəyyən ediliblər.Onlardan paytaxt sakinləri B.Səfquliyev və R.Sadıxov polis əməkdaşları tərəfindən saxlanılıb.Faktla əlaqədar Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə cinayət işi başlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31