Piyadanı vuran sürücü aradan çıxıb

Səbail rayonunun Badamdar qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, yanvarın 27-də saat 22 radələrində Səbail rayonunun Badamdar qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Zahid Əhmədov vurulmuş və nəticədə piyada hadisə yerində ölmüşdür. Səbail RPİ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31