Quldurluq edən Lənkəran sakini tutulub

Quldurluq etməkdə şübhəli bilinən Lənkəran rayon sakini saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Nizami RPİ-nin 25-ci Polis Şöbəsi və Ədliyyə Nazirliyi Penitensiar Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 6-da rayon ərazisindəki mənzillərdən birinə aldatma yolu ilə girib ev sahibəsinin ağzını, əl və ayaqlarını yapışqanlı lentlə bağlayaraq oradan 800 manat və mobil telefonu quldurluq yolu ilə aparmış qrupun digər üzvü, Lənkəran rayon sakini N.Niftullayev də müəyyən edilərək saxlanılmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31