Sumqayıt sakinindən marixuana götürülüb
28 Yanvar 2019 17:52 KriminalSumqayıt şəhər sakininin avtomobilində narkotik vasitə aşkar edilib. DİN-dən "Olaylar"a verilən məlumata görə, Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində üzərində qanunsuz olaraq narkotik vasitə daşımaqda şübhəli bilinən şəhər sakini R.Məmmədov saxlanılmışdır. Ona məxsus "Renault" markalı avtomobilə baxış zamanı marixuana aşkar edilərək götürülmüşdür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31