Polis qanunsuz ov edənləri saxladı
28 Yanvar 2019 18:24 KriminalHüquq mühafizə orqanları tərəfindən qanunsuz ov edən şəxslər saxlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində qanunsuz ov edən 2 şəhər sakini saxlanılıb. Onlardan 1 ədəd müvafiq sənədləri olmayan "İJ-58" markalı ov tüfəngi götürülüb.Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən isə Bəyimsarov kəndi ərazisində qanunsuz ov edən 2 kənd sakini saxlanılmışdır. Onlardan 2 ədəd müvafiq sənədləri olmayan "TOZ-16" markalı ov tüfəngi və 3 ədəd patron götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31