Məhkəmə qərarlarını icra etməyən 6.775 şəxs məsuliyyətə cəlb olunub
28 Yanvar 2019 16:22 KriminalMəhkəmə qərarlarının icrasından qərəzli boyun qaçıran 6.775 şəxs inzibati məsuliyyətə cəlb olunub. "Olaylar" xəbər verir ki, bu barədə məlumat Ədliyyə Nazirliyində keçirilən müşavirədə verilib. Bildirilib ki, 2.913 şəxs məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, 446 şəxs barəsində cinayət işi başlanılıb. Ölkədən getmək hüquqi müvəqqəti məhdudlaşdırılan belə şəxslərdən 4.885 nəfərin isə məhkəmə qərarını icra etdiklərinə görə üzərlərindən məhdudiyyət götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31