Gəncədə mağaza yanıb
25 Yanvar 2019 16:02 KriminalGəncə şəhərinin Nizami rayonunda fəaliyyət göstərən mağazada yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə mağazanın yerləşdiyi ümumi sahəsi 2000 m² olan ikimərtəbəli mansarda tipli binanın (mansardası çayxana, zirzəmisi anbar kimi fəaliyyət göstərir) 1-ci mərtəbəsinin yanar konstruksiyaları 500 m² sahədə və içərisində olan geyim malları yanıb. Mağazanın zirzəmisi, 2-ci mərtəbəsi və mansardası yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31