Keçmiş məhkum narkotiklə yaxalanıb
Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
25 Yanvar 2019 14:20 KriminalCəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş şəhər sakini Etibar Verdiyev saxlanılıb. Saxlanılarkən üzərinə keçirilən baxış zamanı əlindəki polietilen torbada 3 ədəd bükümdə ümumi çəkisi 3 kiloqram 360 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.Faktla bağlı Cəlilabad RPŞ-nin istintaq bölməsində cinayət işi başlanılıb, araşdırma aparılır.