Qobustanda qoruqda silah aşkar edilib
25 Yanvar 2019 13:17 KriminalAzərbaycanda qoruq ərazisindən silah-sursat tapılıb. DİN Mətbuat Xidmətindən "Olaylar"a verilən məlumata görə, Qaradağ Rayon Mühafizə Şöbəsi və 11-ci Polis Bölməsinin əməkdaşları daxil olmuş məlumat əsasında birgə tədbir keçiriblər. Əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 24-də Qobustan Milli tarixi Bədii Qoruğunun ərazisindən sellofana bükülmüş 1 ədəd tapança və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31