Biləsuvarda 6 otaqlı ev yanıb

Biləsuvar rayonunda vətəndaşa məxsus ümumi sahəsi 150 m² olan birmərtəbəli 6 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə,

Biləsuvar rayonunda vətəndaşa məxsus  ümumi sahəsi 150 m² olan birmərtəbəli 6 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə evin dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31