“Mercedes” yolu keçən piyadanı vurub
Kürdəmir şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, yanvarın 17-də saat 21 radələrində Kürdəmir şəhərinin ərazisində Cəbrayıl rayon sakini Ruzigar Həsənli idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Atakişili kənd sakini
18 Yanvar 2019 16:06 KriminalKürdəmir şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən "Olaylar"a verilən məlumata görə, yanvarın 17-də saat 21 radələrində Kürdəmir şəhərinin ərazisində Cəbrayıl rayon sakini Ruzigar Həsənli idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən Atakişili kənd sakini Valeh Zərbəliyevi vurmuş və zərbədən piyada əks istiqamətdə hərəkətdə olan Naxçıvan şəhər sakini Tərlan Eyyubovun idarə etdiyi "KİA" markalı avtomobilin altına düşmüş və hadisə yerində ölmüşdür. Kürdəmir RPŞ tərəfindən araşdırma aparılır.