Narkotik və döyüş sursatı götürüldü

Qaradağ RPİ 38-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xocəsən qəsəbə sakini Nurlan Məmmədyarov saxlanılıb. DİN-dən "Olaylar"a bildirilib ki, şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin və marixuana aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən  6 ədəd tüstü buraxan paket və 2 ədəd əl qumbarası da aşkar edilərək götürülüb. Qaradağ RPİ 38-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri digər uğurlu əməliyyat tədbirləri nəticəsində isə Bakı şəhər sakini N.Fərzullazadədən 600 qram tiryək və 1 qramdan artıq heroin aşkar edilərək götürülüb. Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər. Hər iki faktla bağlı cinayət işi başlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31