FHN Qubadakı yanğınla bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi Qubada baş verən yanğınla bağlı məlumat yayıb. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, Quba rayonunun mərkəzində bir dam altında tikilmiş, ümumi sahəsi 60 m² olan üç mağazanın (hər mağazanın sahəsi 20 m²) yanar konstruksiyaları yanıb. Bitişik mağazalar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31