Türkiyədə azərbaycanlı qadına 55 bıçaq zərbəsi vuruldu
3 Yanvar 2019 18:48 KriminalTürkiyədə 24 yaşlı Qənirə Cabbarovanın qətli ilə bağlı yeni məlumatlar üzə çıxıb.
Qənirə 24 yaşlı sevgilisi Halil A. ilə birlikdə Burdurun Karamanlı rayonundakı gecə klublarından birində əyləndikdən sonra evə getmək üçün taksiyə oturub.
Cütlük taksidə mübahisə edib və Tefenni-Çavdır avtomagistralında taksidən düşüblər.
Bir müddət sonra davaya çevrilən mübahisə zamanı Halil sevgilisinə 55 bıçaq zərbəsi vurub.
Mübahisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Oxu.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31