Ölkəyə xeyli miqdarda qızıl keçirilməsinin qarşısı alınıb

Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Xanoba" gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil "Mercedes Sprinter" markalı nəqliyyat vasitəsinin sürücüsü, Azərbaycan Respublikası vətəndaşı gömrük nəzarətindən keçərkən özünü şübhəli və narahat apardığı üçün saxlanılıb. Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən "Olaylar"a verilnə məlumatda bildirilib. Şəxsi yoxlama zamanı, onun əynindəki gödəkçənin sağ və sol ciblərindən, hər cibində 1 ədəd olmaqla, cəmi 2 ədəd bağlamada gömrük nəzarətinə bəyan edilməyən 54 ədəd, arxa tərəfində "10 rubl 1899" , 7 ədəd, arxa tərəfində "10 rubl 1900", 1 ədəd, arxa tərəfində "10 rubl 1901 " və 2 ədəd, arxa tərəfində "10 rubl 1902" yazıları həkk olunan, ümumilikdə 549 qram qızıl sikkələr aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31