Velosiped oğrusu ələ keçib

Oğurluqda şübhələnən Ağsu rayon sakini saxlanılb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari il martın 28-dən dekabrın 20-dək olan müddətdə rayon ərazisində 2 nəfərin velosipedlərini, 2 nəfərin isə əl arabalarını oğurlamaqda şübhəli bilinən Ağsu rayon sakini, əvvəllər məhkum olunmuş Atif Talıbov saxlanılıb. Ondan 460 qram marixuana götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31