Avtoqəzada 1 nəfər ölüb, 3-ü yaralanıb
28 Dekabr 2018 18:41 KriminalŞəmkir rayonunun Kür qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən "Olaylar"a verilən məlumata görə, dekabrın 27-də saat 15 radələrində Şəmkir rayonunun Kür qəsəbəsi ərazisində Qədim Qala kənd sakini olan yeniyetmə idarə etdiyi "Chrysler" markalı avtomobili aşıb. Nəticədə avtomobildəki sərnişinlərdən İsrafil Ələsgərli hadisə yerində ölüb, sürücü və digər iki sərnişini xəstəxanaya yerləşdiriliblər.Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31