Bakıda "Hilton" hoteldə yanğın olub
25 Dekabr 2018 15:17 KriminalBakıda hoteldə yanğın hadisəsi baş verib.
Hadisə paytaxtın Neftçilər prospektindəki "Hilton" hoteldə baş verib.
Hotelin qazanxanasının tüstü bacasında qəfil yanğın baş verib.
Hadisə nəticəsində hoteldə olanlar təxliyə olunub və hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb edilib.
Qısa müddətdə yanğının qarşısı alınıb.
Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.
Fövqəladə Hallar Nazirliyindən faktı təsdiqləyiblər.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31