Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satanlar cərimələnib

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir. DİN-dən "Olayar"a bildirilib ki, dekabrın 24-də  Nazirliyin Baş İctimai Təhlükəsizlik, Sumqayıt və Abşeron şəhər-rayon polis idarələrinin əməkdaşları birgə tədbirlər keçiriblər. Reydlər nəticəsində Sumqayıt şəhəri ərazisində 3, Xırdalan şəhəri ərazisində isə 4 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları aşkar edilmişdir.Polis əməkdaşları tərəfindən həmin mağazaların 7 satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunmuş və hər biri 100 manat cərimə olunmuşlar. Bu istiqamətdə reydlər davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31