Yanğın zamanı 1 nəfər xəsarət alıb

Bakı şəhərinin Suraxanı rayonunda yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə ümumi sahəsi 3 m² olan köməkçi tikilidə yataq dəsti yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Köməkçi tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31