Bakıda dəhşətli yol qəzası baş verib
24 Dekabr 2018 15:22 KriminalSabunçu rayonunun Ramana qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən "Olaylar"a verilən məlumata görə, dekabrın 23-də saat 14 radələrində Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində Bakı şəhər sakini Sübhan Məmmədov idarə etdiyi "NAZ Lifan" markalı avtomobili aşırmışdır. Nəticədə sürücü və 5 sərnişini xəstəxanaya yerləşdirilmiş, onlardan qayınanası M.İsmayılova orada ölmüşdür. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31