Partlayıcı oyuncaqlar və pirotexniki vasitələr götürülüb
24 Dekabr 2018 15:08 KriminalPolis əməkdaşları insanların sağlamlığına zərər vuran, ictimai asayişin pozulmasına səbəb olan və əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələr və pirotexniki məmulatların satışı və istifadəsinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir. DİN-dən "Olaylar"a verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının dekabrın 22-də keçirdikləri növbəti reydlər zamanı "Sədərək" ticarət mərkəzindəki mağazalardan 5700 ədəd, Xırdalan şəhəri ərazisində 1 köşkdən 11536 ədəd müxtəlif çeşiddə yüksək səsyayıcı xüsusiyyətə malik partlayıcı pirotexniki vasitələr aşkar edilərək götürülüb. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31