Çörəyin içindən narkotik maddə çıxdı

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinə əsasən 11 ay 29 gün müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda Bakı İstintaq təcridxanasında saxlanılan məhkum Kərimov İlqar Hüseynağa oğluna göndərilmiş banderola özünün və hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman qurudulmuş çörəyin içərisində xüsusi üsulla gizlədilmiş 6 ədəd sellofan bükülüdə ümumi çəkisi 0,339 qram olan "Heroin" və 1 ədəd sellofan bükülüdə 0,01 qram "Metamfetamin" dərman preparatı aşkar edilmişdir. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31