Avtomobildə gizlədilmiş pirotexniki vasitələr aşkarlanıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Vaz 2105" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin sağ və sol qanadlarının altından üzərində "Mega Black Devil" yazısı olan 280 ədəd pirotexniki vasitə aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31