Qazaxda uşaq baxçası yanıb- mühafizəçi xəsarət alıb

Qazax şəhərində yanğın hadisəsi baş verib. Bu haqda “Olaylar”a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, hadisə şəhərin Zeynalabdin Tağıyev küçəsində yerləşən, müvəqqəti olaraq hazırda uşaq bağçası kimi fəaliyyət göstərən inzibati binada qeydə alınıb.

Qazax şəhərində yanğın hadisəsi baş verib. Bu haqda "Olaylar"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, hadisə şəhərin Zeynalabdin Tağıyev küçəsində yerləşən, müvəqqəti olaraq hazırda uşaq bağçası kimi fəaliyyət göstərən inzibati binada qeydə alınıb. Yanğın nəticəsində orada mühafizəçi işləyən 52 yaşlı İman Bənnayev xəsarət alıb. Hazırda hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin 3 yanğınsöndürən maşını cəlb olunub və 2 mərtəbəli binada baş vermiş yanğının qarşısı alınıb. İlkin ehtimalara görə, yanğına elektrik xətlərində yaranmış qısaqapanma səbəb olub. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31