Bakıda 48 yaşlı kişi öz maşınında güllələndi

Bakının Xətai rayonunda silahlı insident olub.Teleqraf.com xəbər verir ki, hadisə rayonun Sadıqcan küçəsində qeydə alınıb.Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Fariz Vahabov özünə məxsus "Hyundai" markalı avtomobilində naməlum şəraitdə güllələnib.

Fariz Vahabov hadisə yerində ölüb.Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları onun bədənində güllə xəsarəti ilə yanaşı bıçaq xəsarətləri də aşkarlayıblar.Ehtimal olunur ki, Fariz Vahabov avtomobilində bir neçə nəfərlə mübahisə edib. O, əvvəlcə bıçaq xəsarəti alıb, daha sonra güllələnərək qətlə yetirilib.Hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması üçün əməliyyat tədbirləri görülür.Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31