Qəza törədən qadın sürücü hadisə yerində ölüb
19 Dekabr 2018 17:18 KriminalBiləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, dekabrın 18-də saat 22 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində qəsəbə sakini Gülarə Qəbulova idarə etdiyi "Nissan" markalı avtomobili yolun kənarında dayanmış həmyerlisi Asəf Abdinova məxsus "MAN" markalı avtomobilin qoşqusuna vurub. Nəticədə sürücü hadisə yerində ölüb. Binəqədi RPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31